ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) ölkədə ÜDM-nin artım proqnozunu 2,2 faizdən 2,4 faizədək yüksəldib.
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) ölkədə ÜDM-nin artım proqnozunu 2,2 faizdən 2,4 faizədək yüksəldib. Bu barədə APA məlumat yayıb.
2018-ci il üçün iqtisadi artımla bağlı proqnoz əvvəlki səviyyədə saxlanılsa da (2,1%), 2019-cu il üçün 1,9% faizdən 2%-dək yüksəldilib.
FED ilk dəfə olaraq ABŞ ÜDM-nin 2020-ci il üçün artım proqnozunu açıqlayıb – 1,8%. Qurum rəhbərlərinin qənaətinə görə, uzunmüddətli perspektivdə artım tempi 1,8 faiz səviyyəsində olacaq.
TİA.AZ