İqtisadçı Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən Fazil Qasımov və eyni cinayətə görə onunla mühakimə edilən Anar Əliyevin məhkəmə istintaqı tamamlanıb.
“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror bəyan edib ki, müttəhimlərə verilmiş ittihamlar məhkəmə istintaqı ilə də təsdiqini tapıb.
Prokuror bu əsasla Fazil Qasımovun 10 il, Anar Əliyevin 6 il azadlıqdan məhrum edilməli olduğunu bildirib. İttihamçı A.Əliyevə yüngül cəza istəməsinin səbəbini onun istintaqa kömək etməsi ilə əlaqələndirib.
Məhkəmə müdafiə çıxışlarına hazırlanmaları üçün vəkillərə vaxt verib.
Qeyd edək ki, Fazil Qasımov və Anar Məmmədli polis əməkdaşları tərəfindən həbs ediliblər.