backend

FAZİL MUSTAFA:”HADİSƏLƏRİN ÜST-ÜSTƏ DÜŞMƏSİ TƏSADÜFDÜR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirildi ki, bir qrup hərbi qulluqçular və digər mülki şəxslər dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib.  

Ötən gün Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirildi ki, bir qrup hərbi qulluqçular və digər mülki şəxslər Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib. 

Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, deputat  Fazil Mustafa TİA.AZ-a açıqlamasında bildirdi ki, bu  kifayət qədər ciddi bir məsələdir: “Konkret adlar göstərilmədiyinə görə, bir söz söyləməkdə çətinlik çəkirəm. Hər halda hüquq mühafizə orqanlarımız, milli təhlükəsizlik xidməti bu istiqamətdə uğurlu əməliyyat keşiribsə, bu məsələnin nə dərəcədə ciddi olduğu aydın olur. Hər halda konkret cinayətkarların adları açıqlansa, əməlləri  barədə də açıq məlumat verilsə, daha yaxşı olar. Onda bu məsələyə daha dəqiq münasibət bildirmək olar. İndiki şərtlərdə uğurlu əməliyyat olduğunu düşünürəm. Baş verən hadisənin Şuşanın işğal gününə və ya İslam Oyunları zamanına düşməsi isə təsadüfdür. Bu uzun müddət başlayan bir prosesdir. Çünki  məsələ araşdırılırsa, demək ki, neçə aylardır ki, bu istiqamətdə iş aparılır. Bu günün məsələsi deyil. Sadəcə hadisələrin üst-üstə düşməsi tam təsadüfdür. Mahiyyət etibarı ilə daha əvvəldən planlaşdırılan fəaliyyət ola bilər”.

Qeyd edək ki, toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

İlahə