“Çox acı xəbərdir. Respublika Perinatal Mərkəzdə baş vermiş dəhşətli yanğında 4 körpə həyatını itirib. Valideynlərini və əzizlərini hansısa təsəlli ilə ovutmaq da çətin… Allah səbrlərini azaltmasın”. Tribunainfo.az xəbər verir ki, deputat Fazil Mustafa dəhşətli hadisəyə belə rəy yazıb. Onun sözlərinə görə, bu məsələ ciddi araşdırılmalı, səhlənkarlığı yol vermiş şəxslər barədə hüquqi tədbirlər görülməlidir: ” Bu mələk balalarımızın ruhları bizləri bağışlasın”.