backend

Fazil Mustafa: “Xocalıda genosid törətmiş 366-cı alayın…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Buna yanlız bir jurnalistin bilgisizliyi kimi yanaşmaq lazım deyil. Artıq Azərbaycanda bir Vətənşivənlik xəstəliyi, virusu yayılmaqdadır”. 

“Buna yanlız bir jurnalistin bilgisizliyi kimi yanaşmaq lazım deyil. Artıq Azərbaycanda bir Vətənşivənlik xəstəliyi, virusu yayılmaqdadır”.

TİA.AZ xəbər verir ki, bunu “Facebook” səhifəsində Azərbaycan Milli Məclisinin üzvü Fazil Mustafa yasıb.

“Demək hansısa firma Türkiyədəki bir firma ilə müqavilə bağlayaraq toyuq əti, yumurta idxal edir. Həmin ətin, yumurtanın keyfiyyəti ilə bağlı hansısa nöqsan qeyd olunmur. Sadəcə Türkiyədəki həmin firmanın ortaqlarından birinin sonradan erməni olduğu müəyyənləşdirilir. Yaxşı yunan olsaydı nə olacaqdı? Yaxud da Xocalıda genosid törətmiş 366-cı alayın zabitinin oğlu olan bir rus olsaydı nə baş verəcəkdi? Kimsə Türkiyədəki şirkətlə biznes əlaqəsi qurur, malı İrənandakı şirkətdən almır ki? Nə etsin ki, ortaqlardan biri də ermənidir? Bakıda öz istehsalımız olan toyuqlardan, yumurtalardan, onların keyfiyyətindən az-çox xəbəriniz varmı? Hansı iynələr vurulub kilolar artırılır, hansı yemlər verilir və hansı xəstəliklərə səbəb olur, bilirsinizmi? Hələ jurnalist xanım mənə yönəlik bir fəlsəfi sual da qoyur: Hörmətli Fazil Mustafa, günahsız azərbaycanlıların qətl edilməsində bizim verdiyimiz pullarla həmin ermənilərin silah alıb Ermənistana göndərməməsinə əminliyiniz varmı? Demək məndən gözləyirmiş ki, adamların gözündə qəhrəman görünmək üçün çığır-bağır salım ki, dərhal o biznesmeni ölkədən çıxarmaq lazımdır, yumurtaları da başına vurmaq fəzilətdir. İnsanların haqqına girmək olmaz, bəlkə Türkiyədəki firma öz işini dürüstlük və keyfiyyətlilik üzərində qurub, hansısa yumurta ilə xalqımızı zəhərləmək niyyətləri də qətiyyən yoxdur, o zaman adamların haqqına girmiş olmuruqmu? İnanın ki, bu qədər cılızlaşmış, ucuzlaşmış vətənpərvərlik görmədim”.

Qeyd edək ki, Azərbaycanın quşçuluq şirkətlərilə əməkdaşlıq edən Türkiyənin “Emre Piliç” şirkətinin erməni ortaqları olduğu üzə çıxıb. Mediada yer alan xəbərlərə görə, bu şirkətin ortaqları arasında milliyətcə erməni Arto Sevan Oskayan və Andranik Raffi Bozaçıyan da var. Türkiyənin iri broyler şirkəti “Emre Piliç” Azərbaycana quşçuluq məhsulları idxal edir.