Fazil Mustafa Norveçin baş nazirinin hörmətsizliyinə cavab verdi – AÇIQLAMAbackend

Fazil Mustafa Norveçin baş nazirinin hörmətsizliyinə cavab verdi – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Norveçin baş naziri Yonas Qar Styore Bakıda keçiriləcək COP29-da iştirakdan imtina edib.
Norveçdə Azərbaycana qarşı bir çox hallarda sərgilənən düşmən mövqe həmişə suallar yaradıb.

Məsələ ilə bağlı Tribunainfo.az-a açıqlama verən deputat Fazil Mustafa bildirib ki, əlbəttə fərqli mülahizələrlə Azərbaycanın keçirdiyi qlobal əhəmiyyətli tədbirin gözdən salınması üçün atılan addımlardır. Buna başqa bir ad vermək mümkün deyil.

Deputatın sözlərinə görə, imtina nədir? Yəni ki, insanlıqdan imtina edir. Bəşəriyyətin gələcəyində olan ekoloji fəlakətin qarşısını almaq üçün müzakirədən imtina edir.

“Hesab edirəm ki, bu əslində mədəniyyətsiz bir yanaşma kimi qiymətləndirilməlidir. Çünki burada hansısa bir siyasi tədbirdən söhbət getmir. Norveçin baş naziri bəşəriyyətin gələcəyi ilə bağlı məsələlərə biganə olduğunu göstərir. Bu müxtəlif dünya ölkələrində keçirilə bilər. Hətta Əlcəzairdə, İranda da keçirilə bilər. Əgər oranın cəmiyyəti ilə əks düşüncəyə sahibsənsə deməli orada iştirak etməyəcəksən? Bu olduqca anlamsız və mədəniyyətsiz bir davranış kimi qiymətləndirilməlidir. Çünki bizim baxış bucağımız budur ki, Norveçdə tutaq ki, hansısa idman tədbiridirsə bizim Norveçlə münasibətimiz pis olsa belə bu bir insanlıq üçün faydalı olan tədbirdə iştirak etmiş oluruq. Bizə hansısa təsiredici nəticəsi olmayacaq. Amma onların özlərinin bioqrafiyasında, müəyyən dərəcədə siyasi yaşamında bu hər zaman mənfi xarakterli bir davranış kimi qiymətləndiriləcək”.

 

Dəniz Pənahova