backend

Fazil Mustafa: “Əhali bizi təhqir edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Fazil Mustafa sosial şəbəkədə apteklərdə qarşılaşdığı bir mənzərədən fəryadla bəhs edib. 

Millət vəkili Fazil Mustafa sosial şəbəkədə apteklərdə qarşılaşdığı bir mənzərədən fəryadla bəhs edib.

TİA.AZ deputatın həmin statusunu olduğu kimi təqdim edir: “Aptekə dərman almağa girirəm. Satıcı xanımlar az qala fəryad qoparırlar. Deyirlər: “artıq iyirmi gündür ki, heç bir dərman deposu apteklərə Rusiya, Avropa istehsalı olan dərmanları vermir. Acınacaqlı durum yaranıb. İş o həddə çatıb ki, əhali bizi təhqir edir ki, niyə axtardığımız dərmanı vermirsiniz. Adi “sitramon”, “korvalol”, “valerian”, vitaminlər, heç nə yoxdur… Xahiş edirik bizə kömək edin!” Başqa bir neçə aptekdə də eyni fəryadı eşidirəm. Qəbulda çox sayda insanlar adi əməliyyat üçün pul tapa bilmədiklərini söyləyirlər. İcbari tibbi sığorta olmadığına görə minlərlə insan imkansızlıqdan öz müalicəsini təxirə salmalı olur. Vəziyyətin bu dərəcədə acınacaqlı olduğunu təsəvvürə gətirməzdim. Obyektiv səbəb dolların manatla mübadilə qiymətinin sabitləşməməsi ilə bağlı ola bilər. Ancaq burada inhisarçılıq amili də öz sözünü deyir. Bunun təcili bir yolu tapılmalıdır, dərman təchizatında ciddi dönüş yaradılmalıdır. İnsanların sağlamlığı ilə bağlı sahələrdə möhtəkirliyin genişlənməsinin çox faciəli nəticələri ola bilər”.