Fazil Mustafa diaspor rəhbərini yıxıb-sürüdü – QALMAQAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumrusiya Azərbaqycan Konqresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru Şamil Tağıyev millət vəkili Fazil Mustafanı sərt tənqid edib və onu “savadsız” adlandırıb. 

Ümumrusiya Azərbaqycan Konqresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru Şamil Tağıyev millət vəkili Fazil Mustafanı sərt tənqid edib və onu “savadsız” adlandırıb. 

Buna səbəb deputatın Zəhranın ölümündə Azərbaycan diasporunun xaricdə kifayət qədər təbliğat aparmamaqda ittiham etməsi olub.

Ş.Tağıyev Fazil Mustafanı Azərbaycan xalqı üçün anlaşılmaz personaj adlandırıb: “Azərbaycan bayrağının rənglərini belə düz bilməyən millət vəkili hər kəsdə günah axtarır. ÜAK bağlandıqdan sonra kim istəsə bəzi saytların redaksiyasına zəng edir və diaspor nümayəndələri haqqında şərhlər verir, ittiham və təhqir edirlər. Belə şəxslərdən biridə özunu məlumatlı siyasətçi kimi tanıdan Fazil Mustafadır. Hərşeyşünas. Fazil Mustafa artıq iş bacarırsa, buyursun, eləsin. Son olaraq Fazil Mustafaya bildirmək istərdim ki, diaspor sözünün mənasını anlamını öyrənsin”.

TİA.AZ xəbər verir ki, deputatın bu fikirlərə cavabı gecikməyib.

Feysbuk hesabında Ş.Tağıyevin fikirlərini cümləbəcümlə şərh edən Fazil Mustafa Tağıyevi Rusiyada ermənilərə mövqe savaşını uduzmağımızın səbəbi kimi xarakterizə edib: “Xatırlayıram ki, bu şəxsi İran agenturası ilə birlikdə əleyhimə aparılan kampaniyaya görə bloka salmışdım. İndi bu qaqaşın bir açıqlamasında olan bilgisizlik və nadanlıq elementlərini sizlərin diqqətinə çatdıracağam. Sadəcə düşünəsiniz ki, bu kimi obrazlarla Rusiyada hansı rus və ya erməni ekspertin qarşısına çıxmaq mümkündür?

Diaspor sədri bildirib ki, son vaxtlar ağlımdan Azərbaycan mətbuatını oxumaqdan imtina etmək gəlir.

Onun bu fikrinə millət vəkilinin cavabı belə olub: “Bu qaqaş Azərbaycan mətbuatını oxumaqdan imtina etməyi düşünürsə, o zaman erməni mətbuatını oxumağı vətənpərvərliyə zidd sayar və orada baş verənlərdən tamam bixəbər olar”.

Şamil Tağıyevin “Saytlara belə mövzunu Azərbaycan xalqı üçün anlaşılmaz personajlardan olan Milli Məclisin deputatı Fazil Mustafa kimi savadsızlar verir” fikrinə deputat cavab olaraq bildirib ki, Azərbaycan xalqı üçün deyil, Azərbaycandakı Rusiya və İran agenturası üçün anlaşılmaz personaj olan Fazil Mustafadan söhbət gedir: “Digər tərəfdən saytlar özləri mövzu seçərək müraciət edirlər, biz isə siyasətçi olaraq onları cavablandırırıq. Biz saytların hamısına mövzu vermək imkanına ən azı fiziki cəhətdən qadir deyilik”.

Millət vəkilini Azərbaycan bayrağının rənglərini bilməməkdə ittiham edən Tağıyevə F.Mustafa cavab olaraq bildirib ki, Azərbaycanın üçrəngli bayrağını 1988-ci ildə ilk dəfə Universitet yataqxanası üzərində qaldıqan şəxslərdən biri olmaqla yanaşı, “Türk kimliyi və Azərbaycan vətəni” əsərimdə onun rənglərinin mənasının izahını xüsusi bölümdə vermişəm.

Şamil Tağıyevin onu Hərşeyşünas adlandırmağı fikrinə münasibət bildirən millət vəkili qeyd edib ki, heyvanlar aləmi barədə bilgiləri xeyli zəifdir: “Tam arxayın ola bilərsiniz ki, şəxsən sizi dərindən tanımıram”.

Azərbaycan diasporunu məhrum Zəhra faciəsində fəaliyyətsizlikdə günahlandırması ilə bağlı Fazil Mustafa qeyd edib ki. belə bir ittiham tərəfindən səsləndirilməyib, üstəlik də bu işdə daha çox xarici ölkədəki diplomatik nümayəndəliklərin fəaliyyəti tənqid olunub: “Artıq başa düşdüm, əgər Azərbaycan diasporunu yuxarıdakı məntiqsiz və mənasız cümlələrin müəllifi kimi sizin kimilər təmsil edirsə, fəallığınızın nəticəsini bir neçə əsr sonra mütləq görəcəyik!”

Fazil Mustafaya diaspor sözünün mənasını anlamını öyrənməyi məsləhət görən Şamil Tağıyevə millət vəkilinin cavabı belə olub: “Bu barədə isə qarşıma sizin kimi çör-çöpü itələməyə qərar verən Diaspor başbilənlərinin vaxtilə Frankfurtda düzənlədiyi tədbirdə Azərbaycan diasporunun mahiyyəti mövzusunda elmi-konseptual məruzəmi alıb oxumanızı tövsiyə edərdim. Ən azı məna ilə anlamın sinonim sözlər olduğunu başa düşmək baxımından faydalı olduğunu anlardınız. Dəyərli dostlar, bizim fəxr ediləsi diaspor təmsilçilərimiz də az deyil, ancaq təəssüf ki, bu cür məxluqların hesabına onların da faydalı işlərinə çox zaman kölgə düşür”.


İLAHƏ