Fazil Mustafa bu seçki dairəsindən namizədliyini irəli sürəcək — AÇIQLAMAbackend

Fazil Mustafa bu seçki dairəsindən namizədliyini irəli sürəcək — AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qarşıdan gələn növbədənkənar parlament seçkilərində iştirak üçün namizədliyimi irəli sürmüşəm. Partiya üzvlərinin də namizədliyi ayrı-ayrı dairələrdən irəli sürülür”.

Bu sözləri Azxeber.com-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa qarşıdan gələn növbədənkənar parlament seçkilərində namizəd olub-olmayacağına münasibət bildirərkən deyib.

Deputat bildirib ki, həm özü, həm də partiyası seçkilərdə aktiv iştirak edəcəklər:

“Böyük Quruluş Partiyasının üzvləri kimi seçkilərdə aktiv iştirak edəcəyik. Mən 26 saylı 1-ci Sabunçu seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Artıq imza toplama kampaniyam gedir. Ümid edirəm ki, seçkilərə təbliğat-təşviqat mərhələsinə qədər ciddi hazırlıq görəcəyik. Yüksək səviyyədə parlament seçkilərində platformamızı cəmiyyətə çatdıracayıq və dəstək almağa çalışacağıq”.