“Avropalının da gücü ondadır ki, onun alimi də, yazarı da ildırımötürən məsuliyyəti daşıyır”.
“Avropalının da gücü ondadır ki, onun alimi də, yazarı da ildırımötürən məsuliyyəti daşıyır”.
TİA.AZ xəbər verir ki, bu sözləri deputat Fazil Mustafa öz facebook səhifəsində yazıb:
“Bizdə ildırımötürən funksiyası daşıyan adamların sayı çox deyil. Mirzə Cəlil ildırımötürəndir. Bir nəsildən o biri nəslə nəyisə verməyi özünün borcu sayan, o ağır enerjini alıb, özünü yandıraraq başqa bir enerjiyə – işığa çevirib cəmiyyətə verən adamdır. Ancaq indiki dövrdə bu funksiyanın qarşısını alan titullardır. Qərbdə titul yarışı olmadığına görə, orda ancaq ədəbiyyat-mədəniyyət yarışı gedir. Biz sovet dövründən çıxdığımız üçün sənət adamları arasında titul davası var. Mən hərdən diqqət edirəm, hətta hər cür maddi imkana malik yazıçılarımız, musiqiçilərimiz, aktyorlarımız belə titul yarışına çıxırlar. Görəsən, bu adamlar xalq yazıçısı olmasalar, nə olar? Xalq artisti olmasalar, nə olar? Titul davasına girmək yazarı adilərin yarışına qoşur. Həmin sənət adamı artıq ədəbiyyatı, sənəti unudur, artıq sənət davası getmir”.
İlahə