Xəbər verdiyimiz kimi, “faytonçu” ləqəbli müğənni Nazim Pişyari bu ilin mayında öd kisəsində yaranan problemlə əlaqədar “ElMed” klinikasında əməliyyat olunub.
Xəbər verdiyimiz kimi, “faytonçu” ləqəbli müğənni Nazim Pişyari bu ilin mayında öd kisəsində yaranan problemlə əlaqədar “ElMed” klinikasında əməliyyat olunub.
Müğənninin dediyinə görə, əməliyyat uğursuz olub. Dəymiş ziyana görə, müğənni onu əməliyyat edən həkim Elman Əzimovu məhkəməyə verib. Bir müddət öncə həkim və klinikanın mülkünə həbs qoyulması ilə bağlı xəbər yaymışdıq. Bu ayın 26-da məhkəmənin hazırlıq iclası nəzərdə tutulmuşdur. Bu məhkəmə prosesinə jurnalistlərin də buraxılacağı deyilmişdir.
Qarşı tərəfin vəkili Elvin Səlimov Cebhe.info-ya açıqlamasında məhkəmə prosesinin təxirə salına biləcəyi ilə bağlı məlumat verib:
“Belə hesab edirəm ki, bu ayın 26-da məhkəmə olmayacaq. Buna səbəb odur ki, bir müddət öncə bu məsələ ilə əlaqədar çıxarılan qərardan şikayətçi olmağımdır. Şikayətimə əsasən, ya məhkmə öncəki qərarını 3 gün ərzində ləğv etməlidir, ya da ki, şikayətimi təmin etmədiyi təqdirdə onu 7 iş günü müddətində appelyasiya məhkəməsinə göndərsin. Bu zaman isə məhkəmədə hər hansı proses baş tuta bilməz. Artıq bu ayın 11-dən etibarən məhkəməyə şikayət təqdim etmişəm. Hələlik hakimin öncəki qərarını ləğv etməsi ilə bağlı heç bir məlumatımız yoxdur”.