Görkəmli ictimai xadim, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova vəfat edib.
Tribunainfo.az xəbər verir ki, Fatma Səttarova 102 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, “İstiqlal” ordenli F.Səttarova, həm də Prezident təqaüdçüsü idi.
O, bu ilin fevralında keçirilən prezident seçkilərində seçki məntəqəsinə gedərək səs vermişdi.