Fars şovnistləri “hücuma” keçdi: “Bir türk necə prezidenti ola bilər?”

Fars şovnistləri “hücuma” keçdi: “Bir türk necə prezidenti ola bilər?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran siyasi tarixində son 100 ildə iki dəfə Azərbaycan türkü bu ölkənin prezidenti olub. Tribunainfo.az xəbər verir ki, onlardan birincisi hazırda İranın ali dini rəhbəri olan Əli Xamineyidir. İkncisi isə bu günlərdə İranın prezidenti seçilmiş Məsud Pezeşkiyandır.
Qeyd edək ki, Pezeşkiyanın seçilməsində İranda yaşayan Azərbaycan türklərinin böyük rolu olub. Bunu rəsmi statistika da təsdiqləyir. Yayılmış statistik məlumatlarda qeyd edilir ki, Azərbaycan şəhərləri və İranın digər şəhərlərində yaşayan Azərbaycan türklərinin fəallığı 50 faizdən bir qədər yüksək olub.
Amma bu hadisə xaricdə yaşayan, İrandakı teokratik rejimə müxalif olan, əsasən də farslardan təşkil olunmuş siyasi qüvvələri, eləcə də İranın öz daxilində yaşayan millətçi farsların da ürəyincə olmayıb. Bu səbəbdən də son bir neçə gündür hər iki qüvvə bütün resurslarını işə salaraq, Pezeşkiyan məsələni müzakirə edir, onun ağır tonda tənqid etməkdən belə çəkinmir.
Məsələnin maraqlı tərəfi budur ki, fars millətçiləri Azərbaycan türkünün İran prezidenti olmasını birmənalı olaraq “türk seçildi” kimi təqdim və bunun ayrıca araşdırılmasını vacib hesab edirlər. Məsələn, İranın keçmiş şahının oğlu Rza Pəhləviyə bağlı “İran İnternational” kanalı davamlı olaraq Məsud Pezeşkiyanı hədəfə alaraq, onun Azərbaycan əsilli olaraq seçilməsininin “sirrlərini” müəyyən etməyə çalışır. Kanal dünən bununla bağlı yaydığı geniş təhlili yazısında qeyd edir ki, 98 faiz Azərbaycan türkünün yaşadığı Şərqi Azərbaycan və Ərdəbil, habelə 79 faiz azərbaycanlının yaşadığı Qərbi Azərbaycan şəhərləri ilə yanaşı, 42 faiz türkün yaşadığı Qumdakı seçkilərin də əksəriyyəti Pezeşkiyana səs verib. Digər maraqlı məqam odur ki, İranda yaşayan qaşqaylar və türkmənlər də Pezeşkiyana səs veriblər.
“İran İnternational” iddia edir ki, uzun zaman susqun qalan Azərbaycan türklərinin bu seçkilərdə fəal olması və öz namizədini seçməsi İranda onların siyasi güclərinin artmasına səbəb olacaq. Telekanal bu mövzunun dərindən araşdırlmasını, lazımi nəticələr çıxarılmasını vacib hesab edirlər.
Amma məsələ təkcə şahçıların mediasında deyil, eləcə İrandakı teokratik rejimə qatı müxalif olan jurnalist Məhsa Əlinejatın da maraq dairəsindədir. Belə ki, o da ciddi cəhdlər Pezeşkiyanı məhz Azərbaycan türkü olduğu üçün tənqid etməyə, bir azərbaycanlının İranı idarə etmçək gücündə olmadığı rəyini yaratmağa başlayıb. Ölkənin iç problemlərini bir kənara qoyaraq, məhz bu mövzudan yapışması onu deməyə əsas verir ki, kənardakı qüvvələr birmənalı olaraq, Pezeşkiyanın prezident seçilməsini qəti qəbul etmirlər.
Məsələ odur ki, daxildəki millətçi farslar da narahatdırlar. Din və digər sahələrdə qərarlaşmış bu qüvvələr də Məşhər, Sistan-Bəllucistan, Fars və digər vilayətlərdə yaşayan farsların Pezeşkiyana niyə çox səs verdiklərini müzakirəyə çıxarıblar. Onlar “etalon” olaraq İsfahanı nümunə olaraq göstərirlər. Çünki bu şəhərdən Pezeşkiyana cəmi 8 faiz səs verilib.