Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin siyahısı açıqlanıb.Hakim partiya125 dairədən namizədləri 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində mübarizə aparacaqlar.
Həmçinin bildirir ki, YAP altıncı çağırış Milli Məclisin deputatlarından bəzilərinin namizədliyi irəli sürülməyib. Siyahıda yeni adlar var. Siyahı açıqlandıqdan sonra siyasi partiyalar və seçkilərdə iştirak etmək istəyənlər bitərəf namizədlər hansı dairədən mübarizə aparacalqrını bildiriblər, və artıq namizədliklərini irəli sürənlər var.
Partiyadan mətbuata verilən məlumatlarda qeyd olunmuşdur ki, bəzi dairələrdən bitərəfləri dəstəkləyəcəklər.
XALQ.AZ-a daxil olan məlumata görə 77 saylı Lənkəran şəhər seçki dairəsindən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deputatlığa namizədliyini irəli sürüb.
Lənkərandan parlamentdə təmsil olunan deputat İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev olub. Rüfət Quliyev açıqlamasında seçkilərdə iştirak etməyəcəyini bildirib.
Məlumatlara əsasən Fariz İsmayılzadə artıq sənədlərini dairə seçki komissiyasına təqdim edib.
Bildirir ki, Fariz İsmayılzadə Qərb Universitetinin 2000-ci il “Politologiya” ixtisası üzrə məzunudur.2000-2002-ci illərdə ABŞ-ın dünyaca tanınmış Vaşinqton Universitetində magistr təhsili almışdır. 2015-ci ildə İspaniyanın IE Biznes Məktəbini Ekzekyutiv MBA ixtisasi üzrə bitirmişdir. Maastrixt Menecment Məktəbinin doktorantıdır.
O, 2016-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının üzvü təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 iyul 2019-cu il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə, Fariz İsmayılzadə “Tərəqqi” medalı ilə, həmçinin 2019-cu ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubiley medalı ilə təltif olunmuşdur.