“Fanat” suxari istehsalçısı “ROV group” 20 min cərimələndi – SƏBƏBbackend

“Fanat” suxari istehsalçısı “ROV group” 20 min cərimələndi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fanat” suxarilərinin istehsalçısı “ROV group” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC-nin İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 483-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.
Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.
“ROV group” MMC ilə bağlı iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 29 oktyabr tarixində hakim Zamin İbrahimovun sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “ROV group” MMC 2009-cu ildən fəaliyyətə başlayıb. Şirkət 2015-ci ildən snek məhsullarının istehsalına başlayıb.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar