Falçıların reklamı QADAĞAN olundu – Bunu etsəniz…

Falçıların reklamı QADAĞAN olundu – Bunu etsəniz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstan Ali Şurasının Sosial Siyasət Komitəsi “Reklam haqqında” qanuna dəyişiklik edilməsi haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Ona əsasən, respublikada falçıların və ekstrasenslərin reklamının qadağan edilməsi nəzərdə tutulub.
Tribunainfo.az məlumat yayıb ki, sənədin təşəbbüskarı 25 deputatdır. Qanun layihəsinin təşəbbüskarı, deputat Marlen Mamatəliyev qeyd edib ki, həyatda çətin vəziyyətdə olan vətəndaşlar çox vaxt ekstrasenslərə və cadugərlərə müraciət edirlər ki, onlar öz fövqəltəbii qabiliyyətlərinin köməyi ilə problemlərdən qurtulmağa zəmanət verirlər. Qanun layihəsi vətəndaşların şüurunun manipulyasiyasını dayandırmaq üçün hazırlanıb.
“Çarəsiz insan bütün problemləri aradan qaldıracağını vəd edən hər kəsə inanmağa hazırdır. Sehrbazlar və ekstrasenslər bu hisslər üzərində oynayırlar. Onların insanların şüurunu idarə etməkdə böyük təcrübələri var.
Yüksək texnologiya və elmi tərəqqi əsrimizdə bir çox vətəndaşların ekstrasens və sehrbazların hiylələrinə qapıldığını müşahidə etmək təəssüf doğurur”, – agentlik qanun layihəsinin fon sənədindən sitat gətirir. Mamatəliyev qanun layihəsini 2023-cü ilin noyabrında irəli sürüb.