İndiki halda bu haqda fikir bildirə bilmərəm.
İndiki halda bu haqda fikir bildirə bilmərəm.
Bu sözləri xalq artisti Faiq Ağayev “Bayram axşamı” filmində parodiya olunması haqda Kult.az-a danışarkən deyib. O, filmə baxmadığını bildirib:
“Filmə baxmamışam, ona görə də hələ dəqiq bir fikir bildirmək istəmirəm. Filmə baxdıqdan sonra fikrimi bildirəcəyəm”.
Qeyd edək ki, “Bayram axşamı” filmində bir səhnədə Oksana Rəsulova Quql axtarış sistemində “başı böyük bədəni balaca” yazaraq axtarış verir və ekranda Faiq Ağayevin fotoları çıxır.
“Bayram axşamı” filmi əməkdar artist Murad Dadaşovun rəhbəri olduğu “M Qrup prodakşn” tərəfindən çəkilib.