FAİQ AĞAYEV: “Ermənilər gülür bizə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Faiq Ağayevin  saytı yerli hakerlərin hücumuna məruz qalıb
 Xalq artisti Faiq Ağayevin  saytı yerli hakerlərin hücumuna məruz qalıb

Gülməli səslənsə də bu dəfə bəzi “vətənpərvər” hakerlər saytın rus dilində olan bölümünü hədəf seçiblər. TİA.AZ xəbər verir ki, bu haqda müğənninin özü məlumat verib: “Düz yolu azmış gənclərimizin aqibəti, bulanıq görünən gələcəyi qorxudur məni əslində…Çünki meyyarlar, prioritetlər çaş seçilib.Vətənə sərhədsiz sevgi və ehtiram nümayiş edən bir xalq artistinin neçə illərdir ki dondurulmuş saytının cəmi bir bölümünü haramcasına, oğurluqla əldə etmələri ilə arsızcasına öyünürlər.
 
 
Səbəb – saytın Azərbaycan dili bölməsi ilə bərabər (əlavə etdiyim fotoda bu aydın görünür), həm də rus dili bölməsinin olmasıdır guya.Sözüm məhz və bilavasitə onlaradır.Özünüzə zəhmət verib, 2001-ci ildə fəaliyyətə başlayan, hal-hazırda isə uzun müddətdir ki “under construction” vəziyyətdə olan rəsmi saytıma  ayıq_başla daxil olsaydız, görəcəkdiz ki, sayt  ikidillidir:Əsas azərbaycan və yardımçı – rus dillərində seçənəkləri var. Və, təbii ki, saytın xarici bir dildə də fəaliiyət göstərməsi bir Azərbaycanlı artistinin ən azı 300 millionluq rusdilli internet istifafəçi kütləsi arasında təbliğatı üçün hesablanmışdır.Bir həmvətənlinizə səbəbsiz “amansızllq” sərgiləməyiniz nə qədər dayaz, antimilli düşüncəyə malik olduğunuzu göstərir.
 
 
Demaqogiya və iyrənc vətənşüvənlik ilə ucuz, müəmmalı “şöhrət” qazanmaqdansa, gedin, vətənimiz haqda bütün dünyaya olmazın yalanlar, dəhşətli həqarətlər tirajlayan, Xocalı soyqırımını belə məzxərəyə qoyan ermənistan saytlarını qırın.Kəskin qınayıram sizi! Ermənilər gülür bizə ucbatınızdan, zavallı “qəhrəmanlar”.”

NÜŞABƏ
TİA.AZ