Faciəli şəkildə övladı həlak olan DSK sədri DANIŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ukraynada yanğın zamanı ölən 1978-ci il təvəllüdlü İntiqam Abışov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur
 Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ukraynada yanğın zamanı ölən 1978-ci il təvəllüdlü İntiqam Abışov 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi Dairə Seçki Komissiyası (DSK) sədri Yengibar Abışovun oğludur.

Məsələ ilə bağlı Yengibar Abışov Unikal.org-a açıqlama verib. O, Azərbaycan vətəndaşlarının faciəli ölümü ilə bağlı bir sıra məsələlərə saytımız vasitəsilə aydınlıq gətirib:

“Qaynatası 30 ilə yanxın idi ki, Ukraynada yaşayırdı. Övladım İntiqam Abışov xalası qızı ilə ailəli idi və o, 7-8 il idiki qaynatasının yanında yaşayırdı. 1 il bundan əvvəl rayona gəlib ev aldı. Sevindim ki, Ukraynaya qaçıb getməyəcək. 6 ay bundan əvvəl Ukraynaya getdi. İki övladı da var idi. Övladlarını və ailəsini də götürüb getdi. Mənə dedi ki, dərslər başlayana kimi gələcəm. Amma məni aldatdı gəlmədi”.

Yengibar Abışov hadisənin necə baş verməsinin təfərrüatını da açıqlayıb:

“Övladım ailəsi ilə birlikdə Çernekovda yaşayırdı. O, ortaqları ilə kartof satışı ilə məşğul olurdu. Həmin gün Zaporojye şəhərinə kartof vurmaq üçün gedib və o gecəni bazarın hostelində qalıblar. Belə faciəli hadisə baş verib. Hadisə ilə bağlı mərhum övladımın əl çantası və telefonu hüquq-mühafizə orqanları tərəfindən saxlanıldı. Bildirdildi ki, hadisə ilə bağlı cinayət işi yekunlaşdıqdan sonra sözügedən əşyaları götürə bilərik”.

DSK sədri bundan sonra da mərhum övladının faciəli ölümü ilə bağlı Ukraynada aparılan istintaq işi prossesinə qatılmayacağını da dilə gətirib:

“Nəyimə lazım? Övladımı itirdim! Bundan sonra nə olur-olsun, məni maraqlandırmır. Nəvələrim və gəlinim yanımdadır. Mənə başqa heç nə lazım deyil”.

Xatırladaq ki, oktyabrın 2-də Ukraynanın Zaporojye şəhərində hostellərin birində baş vermiş yanğın zamanı 4 azərbaycanlı dünyasın dəyişib. Bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kəndindən olan, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yolçuyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yengibar oğludur.
TİA.AZ