FACİƏ : ÜÇ YAŞLI UŞAQ QARDAŞINI ÖLDÜRDÜ

FACİƏ : ÜÇ YAŞLI UŞAQ QARDAŞINI ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da 3 yaşlı uşaq anasının çantasından tapdığı silahla 2 yaşlı qardaşını öldürüb.

Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, ABŞ-ın İndiana ştatında 2 yaşlı körpəni anasının çantasından tapdığı silahla 3 yaşlı qardaşı öldürüb.

Ana polisə zəng edərək oğlunun kiçik qardaşını güllələdiyini bildirib. Adı açıqlanmayan ana yaralı uşağını təcili xəstəxanaya çatdırsa da, edilən müdaxilələr iki yaşlı körpəni xilas etmək üçün kifayət etməyib.

Məhkəmə tibb ekspertizası hadisənin bədbəxt hadisə olduğunu müəyyən edərkən, prokurorluq araşdırmaların davam etdiyini bildirdi. Uşaqların anasına qarşı heç bir ittiham irəli sürülməyib.

Polis departamenti bütün əyalətdəki vətəndaşlara təhlükəsiz silah qutusu və ya tapança kilidi almaq üçün müraciət edib.