2004-cü il fevralın bu günü Harvard Universitetinin tələbəsi Mark Zukerberq “The Facebook” adlı sosial şəbəkəni istifadəyə verib.
2004-cü il fevralın bu günü Harvard Universitetinin tələbəsi Mark Zukerberq “The Facebook” adlı sosial şəbəkəni istifadəyə verib.
Sosial şəbəkədə əvvəlcə yalnız Harvard Universitetinin tələbələri qeydiyyatdan keçə bilərdilərsə, martdan etibarən “The Facebook” Stendford, Yelsk və Kolumbiya universitetlərinin tələbələri üçün də əlçatan olub.
2005-ci ildə şirkət 200 min dollara “facebook.com” domen adını satın alıb. 2006-cı il sentyabrın 26-da sosial şəbəkə bütün internet istifadəçilərinə əlçatan olub. 4 ildən sonra artıq şirkətin qiyməti 41 milyard dollar həcmində qiymətləndirilirdi.
2012-ci ilin mayında “Facebook” texnologiya sənayesi tarixində ən böyük “IPO”-nu keçirdi və 16 milyard dollardan çox cəlb edə bildi. Beləliklə, şirkətin kapitallaşdırma dəyəri 104 milyard dollar həcmində qiymətləndirilmişdi.
Hazırda dünyada “Facebook” istifadəçilərinin günlük sayı 1.8 milyard nəfər təşkil edir. İstifadəçilərin sayına görə lider ölkə Hindistandır. ABŞ və Braziliya müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, “SocialBakers”in reytinqində 213 ölkə təqdim edilib. Vatikan ən az “Facebook” istifadəçisinə malik dövlətdir.
2017-ci ilin yanvar ayına olan statistikaya əsasən Azərbaycanda Facebook istifadəçilərinin sayı 2,3 milyona çatıb. GlobalStats şirkətinin təqdim etdiyi məlumatlara görə isə Facebook Azərbaycanda ən böyük paya sahib sosial şəbəkədir. 2015-ci ilin dekabrı ilə müqayisədə 2016-cı ilin sonuna ölkədə Facebook istifadəçilərinin sayı 19,95 faiz artıb. Bu sosial şəbəkənin Azərbaycanda əhatəsi 91,55 faizə bərabərdir. İkinci yerdə 2,77 faizlə Twitter, üçüncü pillədə isə 1,86 faizlə Vkontakte sosial şəbəkəsi dayanır.