“Facebook” sosial şəbəkəsinin təhlükəsizlik bölməsi Taylandda terror törədiləcəyi haqda məlumat yayıb.
“Facebook” sosial şəbəkəsinin təhlükəsizlik bölməsi Taylandda terror törədiləcəyi haqda məlumat yayıb.
“Facebook” Banqkokda bombalı hücumun olacağıyla bağlı bölgədəki istifadəçilərinin etibarlı yerdə olub-olmamalarını bilmələri üçün təhlükəsizlik funksiyasını aktivləşdirib.
Xüsusiyyətin aktivləşməsinə Banqkokdakı hökumət binasına molotov kokteyli atan bir etirazçının səbəb olduğu məlum olub.
Bu vaxt partlayışla əlaqədar bir video paylaşılıb. Ancaq bunun 2015-ci ildə Banqkokda meydana gələn partlayışa aid olduğu müəyyən edilib.
İstifadəçilərin özlərini “təhlükəsiz” olaraq xəbərə işarələmələri isə “Facebook”-un yanlışlığa yol verdiyini ortaya çıxarıb.