backend

“Facebook” Zaxarovadan üzr istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadan üzr istəyib. 

“Facebook” Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadan üzr istəyib.

TİA.AZ Sputnik-ə istinadən xəbər verir ki, buna səbəb Mariya Zaxarovanın paylaşdığı ötən gün Ankarada qətlə yetirilmiş Rusiya səfiri Andrey Karlovun şəklinin sosial şəbəkədən pozulması olub.

Mariya Zaxarova buna görə “Facebook”un ondan rəsmən üzr istədiyini bildirib. Daha sonra şirkət texniki yanlışlıq üzündən silinmiş şəkli və statusu bərpa edib.