Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq haqqında cinayət işi açılıb. Facebook sosial şəbəkəsinin təsisçisi Mark Zukerberq haqqında cinayət işi açılıb.
TİA.AZ xəbər verir ki, milyarder haqqında cinayət işini Almaniyanın Münhen Prokurorluğu açıb.
“Der Spiegel”in yaydığı məlumata görə, Zuckerberqin sosial şəbəkə istifadəçilərinin yazdığı cinayət çağırışlarına, zorakılıq təhdidlərinə, Yəhudi soyqırımının inkar edilməsinə və digər cinayətlərə göz yumduğu qeyd edilib.
Münhen prokurorluğu istintaqın “xalqı qızışdırmağa qərəzli şəkildə köməkçi olmaq” maddəsi ilə başladığını açıqlayıb.