“Facebook” reklamlara nəzarəti gücləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Facebook” şirkəti sosial şəbəkədə yerləşdirilən reklamlara nəzarət edən əməkdaşların sayını artıracaq.

 

“Facebook” şirkəti sosial şəbəkədə yerləşdirilən reklamlara nəzarət edən əməkdaşların sayını artıracaq.

 

TİA.AZ-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə “ProPublica” tərəfindən aparılan və sosial şəbəkədə antisemit elanların yerləşdirildiyini üzrə çıxaran jurnalist təhqiqatından sonra qərar qəbul edilib. Şirkət etiraf edib ki, yalnız özünü antisemit sayan istifadəçilərə görünən bannerlərin yerləşdirilməsindən xəbərsiz olub.

 

Jurnalist təhqiqatında o da müəyyənləşdirilib ki, sosial şəbəkədə “yəhudilərə nifrət edənlər” açar sözləri və digər ifadələrlə auditoriya cəlb etməyə imkan verən reklamlar alınması imkanı da var. “Biz heç vaxt düşünməmişik ki, sistemin funksionallığından bu cür istifadə dilə bilər. Bu, bizim səhvimizdir”, – deyə şirkətin əməliyyat direktoru Şeril Sandberq bildirib. O, hazırda bu tip reklamların yayılması imkanlarının aradan qaldırılması üzəridə çalışdıqlarını deyib.

 

Eyni zamanda, şirkət elə bir sistem hazırlayacaq ki, istifadəçilər xəbər lentində qarşılarına çıxan reklamlardan şikayət edə və yolverilməz kateqoriyadan olan reklamlar barədə məlumat verə bilsinlər.

 

Qeyd edək ki, “Facebook” ABŞ-dakı prezident seçkiləri öncəsində rusiyalılar tərəfindən pullu reklamlar vasitəsilə təbliğat aparıldığını etiraf edib və bu barədə məlumatları həm Konqresə, həm də Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerin ofisinə təqdim edib.