FACEBOOK İSLAMÇILARIN SƏHİFƏLƏRİNİ BAĞLAYIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ İsrail mətbuatına istinadən bildirir ki, dünyanın ən böyük sosial şəbəkəsi fələstinli islamçı tərəfdarlarının onlarla səhifəsini bağlayıb.  

TİA.AZ İsrail mətbuatına istinadən bildirir ki, dünyanın ən böyük sosial şəbəkəsi fələstinli islamçı tərəfdarlarının onlarla səhifəsini bağlayıb.

Bu barədə Walla saytı fələstin mətbuatına istinad edərək məlumat verib.

 Bunların arasında HƏMAS-ın  bütün regional şöbələrinin akkauntu, həmçinin  Fələstin Universitetinin qrup və tələbə informasiya mərkəzlərinin səhifələri bağlanıb. 

Fələstinlilər bildiriblər ki, HƏMAS tərəfdarlarına qarşı tədbir qərarı bu yaxınlarda  İsrailin yüksək vəzifəli məmurlarının Facebook nümayəndələri ilə görüşündən sonra qəbul edilib.

 “Kursor” xəbər verir ki, iyunun 1-da daxili təhlükəsizlik naziri Qilad Erdan bildirib ki, Facebook rəhbərliyi sosial şəbəkədə terrora təhrik kampaniyasının cilovlanması üçün heç nə etmir.

Erdanın bəyanatı  İTV 2 kanalının xəbərlər xidmətinə müsahibəsi zamanı  səslənib.

“İsraillilərin qətlinə görə, günahın bir hissəsi son terror dalğasında təhrikedici çağırış rolunu oynayan Facebook-un üzərinə düşür.  Facebook əjdahaya çevrilib” deyə nazir fikrini söyləyib.

Daxili təhlükəsizlik naziri bildirib: “Əgər 2 kanalı ilə yəhudiləri necə öldürməyi nümayiş etdirsəydilər, onda bu kanal  dərhal bağlanardı. Facebook isə buna tam laqeydlik nümayiş etdirir”.

Sosial şəbəkə İsrail polisi ilə əməkdaşlıq etməkdən və  yəhudiləri öldürmək barəsindəki  çağırışları silmək xahişindən imtina edir.

“Kursor” bildirib ki,  5 iyulda  21 parlament üzvləri deputat Revital Sueydin (Sionist düşərgəsi) təşəbbüsünü dəstəkləyərək, “Facebook sosial şəbəkəsi haqqında” qanun layihəsinin məclisdə müzakirəsini keçirəcəklər.

  Bu qanun layihəsinin bəndlərindən biri populyar beynəlxalq sosial şəbəkəsinin moderatorlarından təhrikedici xarakterli paylaşımları silmək tələb olunur.

 Bu təklif xüsusilə, koalisiyanın sədri David Bitan  (Likud), Yəhudi evi fraksiyasının sədri Şuli Mualem-Rafaeli, həmçinin Sionist düşərgəsinin deputatı İçik Şmuli və Amir Pereç tərəfindən bəyənilib.

 
İlahə