Bu gündən etibarən Facebook-da seksual rəqslərin videolarını, çılpaq insan fotolarını və əxlaqsız mesajlı mətnləri paylaşmaq yasaqdır.
Milli.Az Facebook-un bloquna istinadən bildirir ki, yeni normativ qaydalar pornoqrafiya ilə yanaşı, erotik məzmunlu paylaşımları da qadağan edir.
“Məsələn, “Bu axşam əylənmək istəyirəm” tipli açıqlamalar, seksual-provokatik slenq, seksual işarəli mətnləri və s.-ni dərc etmək yasaqdır”, – bloqda bildirir.
Facebook rəhbərliyi bəyan edib ki, istifadəçilərinin mənəvi dəyərlərinə sayğı ilə yanaqmaqla yanaşı, cinsi zəmində istismar probleminə diqqət çəkmək istəyir.