“FAB Boya və Kimya Sənayesi” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, “FAB Boya və Kimya Sənayesi” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“FAB Boya və Kimya Sənayesi” MMC ilə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 24 oktyabr tarixində hakim Aygün Qurbanovanın sədrliyi ilə işə baxılacaq.
“FAB Boya və Kimya Sənayesi”nə qarşı irəli sürülmüş maddəyə əsasən, hüquqşünaslar bildirir ki, gömrük orqanları tamamilə haqlı şəkildə bu hallar qarşılığında şirkətlərə cərimə tərtib edir. Çünki hər bir şirkətin, sahibkarın borcudur ki, mal barədə əvvəlcədən gömrük orqanlarına elektron məlumat versin.
Hüquqşünasların sözlərinə görə, sahibkarlar, şirkətlər xaricdən mal gətirdərkən qabaqcadan gömrük orqanlarına elektron şəkildə məlumat verməlidir ki, belə bir mal daxil olacaq. Gömrük orqanları əvvəlcədən məlumatlı olmalıdır ki, kimin, hansı şirkətin malı gələcək. Hər bir şirkət bunu bildirməlidir. İşin qaydası budur.
Bu hal şirkətin öz məsuliyyətsizliyi səbəbindən baş verirsə, şirkət elektron məlumat verməyi unudursa nəticədə cərimələnir.
Kənan Məhərrəmov
Qeyd edək ki, “FAB Boya və Kimya Sənayesi” MMC 2001-ci ildə təsis edilib. “FAB Boya və Kimya Sənayesi” MMC-nin nəzdində “FAB Boya”, “Polimerlər”, “Fabkim”, “Hill Fan”, “Neotek” fabrikləri fəaliyyət göstərir.
MMC-nin təsisçisi Anar Əliyev, Baş direktor Kənan Məhərrəmovdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Gülşən İbrahim