“Fab Boya” gömrük qaydalarını pozur

“Fab Boya” gömrük qaydalarını pozur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Fab Boya və Kimay Sənayesi” MMC gömrük qaydalarını pozduğuna görə, cərimələnib. Tribunainfo.az xəbər verir ki, “Fab Boyanın” İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
“Fab Boya” ilə bağlı başladılmış işə 20 sentyabr tarixində Binəqədi Rayon Məhkəməsində baxılacaq. İş hakim Aygün Qurbanovanın icraatındadır.

Nigar