F.MUSTAFA: “Qorumaq, düşənmək mənasına gəlməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu məmləkətdə hər kəs bir sahənin qoruyucusudur.  

“Bu məmləkətdə hər kəs bir sahənin qoruyucusudur. 

Kimi dinin, kimi dilin, kimi Quranın, kimi hədisin, kimi sünniliyin, kimi şiəliyin, kimi Darvinin, kimi Füzulinin, kimi Səməd Vurğunun, kimi iqtidarın, kimi müxalifətin, kimi partiya liderinin, kimi QHT sədrinin, kimi icra hakimiyyətinin, kimi bələdiyyə sədrinin, kimi milli- mentalitetin, kimi türkün, kimi talışın, kimi Şah İsmayılın, kimi Babəkin, kimi miillətin, kimi dövlətin, kimi tikintinin, kimi bostanın qoruyucusudur”.

TİA.AZ xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa deyib: 

 “Qorumaq, düşünmək mənasına gəlməz, hər zaman əks tərəfdən gələn hərəkəti durdurmaq təyinatı ilə gözləməkdir. Qorumaq da lazımdır, ancaq hamının qoruyucuya çevrildiyi bir məmləkətdə hərəkət olmur, düşüncə olmur, hamı hərəkəti, düşüncəni boğmaq üçün marıqda yatıb gözləməklə məşğul olur. Baxıram, kimsə müsahibə verir və görüşlərini açıqlayır, dərhal qoruyucular qarğa sürüsü kimi virtual həyatımıza soxularaq hesabat istəyir: “Niyə bunu deyirsən!” Onsuz da fəlsəfi fikrin inkişaf etmədiyi Azərbaycan kimi bir cəmiyyətdə bu boğucu davranışlar az-çox problemlər ətrafında danışmaq istəyənləri də qorxudur, çəkindirir və hamı cəmiyyətin ağrılarını, acılarını görməzdən gələrək, ümumi axına qoşulmağa üstünlük verir. Necə anladaq ki, Quranı Allah qoruyur, Darvini elm qoruyur, Füzulini, Səməd Vurğunu ədəbiyyat qoruyur, türkü də, talışı da öz mövcudluğu qoruyur, sizlər nədən ortaya düşərək, düşüncələrin dilə gətirilməsinin qarşısını almağa çalışırsınız? Mirzə Fətəlini dəfn etməyə molla gəlmirdi ki, adam kafirdi, bəs mən dinimizi qorumalıyam? Nəyi və kimisə Allah, tarix, elm və öz mövcudluğu qorumursa, bu sınaqdan çıxmamaq deməkdir, o zaman sizlərin qorumasının hansı faydası ola bilər ki?… Əlbəttə bizə lazım olan, zəruri olan bir qoruma obyekti var: Azad fikri qorumaq!”.


İlahə