backend

ƏZİZLƏNƏN UŞAQLAR İNTİHAR BELƏ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əzizlənən ərköyün uşaqlar –  narkotik maddə asılılığından intihara kimi…    

Əzizlənən ərköyün uşaqlar – narkotik maddə asılılığından intihara kimi…   

Avstraliyalı tanınmış psixoloq, uşaq psixoloqu Mişel Kar Qreqə görə uşaqların qarşısına çıxan hər çətinliyi aradan qaldıran valideynlər uşaqları elə “əl üstündə” tuturlar ki, artıq günümüzdə yeniyetmələr arasında epidemiya kimi yayılan bir zehni narahatlığa səbəb olublar. TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, Qreqə görə uşaqlar qarşılaşdığı problemləri özləri həll edə bilmirlər ya da qarşılarına çıxan maneələri özləri aşa bilmirlər:   “ Bu əsrin valideynləri övladlarının həyatlarını sadə və asan hala gətirməyə çalışırlar. Qıraqdan baxanda bu heyranlıq duyulacaq bir şeydir, çünki hamımız uşaqlarımız  üçün ən yaxşısını istəyirik. Amma belə davranmaq onları dözümlü, müqavimətli olmaq mövzusunda heç bir şey öyrətmir. Onlar evdən ayrılıb dünyayla üzləşdiklərində çox müdafiəsiz olmalarına səbəb olur. Uşaqlarına ən son cihazları və oyuncaqları alan valideynlər onların ev tapşırıqlarını etməsində köməklik edirlər, uşaqların məktəb çantalarına kimi daşıyırlar. “Əl üstündə” tutulan uşaqlar həyatlarında bir dəfə də olsun yemək bişirməyib, hətta öz yatdıqları yerləri belə özləri səliqəyə salmayıblar, paltarlarını özləri yumayıb, köynəklərini ütüləməyiblər. Valideynlərin artıq çox az zamanı var . Qreqin fikrincə, ev işləri görən ana və ya işləyən ana-ata uşağına yetəri qədər zaman ayırmadığıni düşündüyündən günahkarlıq hissi keçirir: “Məhz elə özlərini bu səbəbdən günahkar hiss etdikləri üçün uşaqlarını daha çox əzizləyirlər. Gənclər öz problemləri ilə başa çıxmaqda aciz olduqlarından zehni sağlıq problemləri ilə qarşılaşırlar. Depresiyya, qayğı, narkttika aludəçiliyi və intihar nisbətlərinin olduqca yüksək olduğu məhz bu səbəblərdən qaynaqlanır. Gənclərin dörddə biri məktəbdən məzun olmadan öncə ciddi bir psixoloji problem yaşamış olur ki, bu da onların çox zəif bir nəsil olduğunu göstərir. Bu əslində çox ironik bir vəziyyətdir. Çünki biz  1-ci və 2-ci Dünya Müharibələrini, Vyetnam müharibəsini görmüşük. Psixoloji baxış bucağından bu uşaqlar valideynlərindən ya da onların valideynlərindən daha az dözümlülük nümayiş etdirirlər. Valideynlər uşaqlarını çətin işlər gördürərək onların daha da böyük zehni sağlıq problemlərlə qarşılaşmasının qarşısını ala bilərlər. Təməl qayda “uşaqların özlərinin edə biləcəyi işləri onların yerinə etməmək” olmalıdır. Ayrıca uşaqların mütəmadi olaraq etdikləri ev işlərinin olması, texnologiya istifadəsinə sərhəd və müəyyən bir yaşa gəldikdə pulun dəyərini anlamaq üçün yarımgünlük  bir işlə mışğul olmalarına şərait yaratmaq lazımdır”.  

Psixoloq Günel Aslanova TİA.AZ-a bildirir ki,  Qreqin bu yanaşması ilə razıdır:  “ Valideyn nəvaziş və sevgisinin ifrat olması uşaqların mən mərkəzli olaraq formalaşmasına səbəb olur. Nəticədə uşaqlar cəmiyyət üçün yetişdirilir. Cəmiyyət isə fərqli insanların toplusu olduğu mən mərkəzli şəxslər uyğunlaşmaqda problem yaşayırlar. Ümumiyyətlə, uşaqlara imtina etməyi öyrətməyin tərəfdarıyam. Hər arzusu həmin an yerinə yetirilən balaca varlıq iradədən məhrum olur. Zəruri yox və imtinalara alışmış biri isə iradəli olur. İradə olmadan sağlam şəxsiyyətin formalaşması mümkün deyil”.

Uşaqlarınıza yol göstərmək üçün Qrek bu yolları tövsiyyə edir:

  • Normal yuxu alsınlar

Yuxu önəmli öyrənmə və dərs çalışma vasitəsidir. Çünki yuxusunu doyunca almayan uşaq “dəcəl və məmmuniyyətsiz olur”, yaxşı öyrənə bilmir.

2. Sağlıqlı səhər yeməyi yesinlər. Araşdırmalar məktəb uşaqların yüzdə 10-nun  səhər yeməyi yemədiyini, yüzdə 15 -nin isə sağlıqsız qidalar yediyini göstərir. Bu uşaqlar nevroloji olaraq bir şey öyrənə bilmirlər.

3. Texnoloji istifadəsinə sərhəd qoyun

Qraga görə valideynlərin çoxu uşaqlarının internet və video oyunlarına sərhəd qoyacağı vasitələrdən xəbəri olmadıqlarını deyirlər. Uşaqların ev tapşırıqlarını araşdırmaq üçün internətə girməsinə icazə verərkən diqqətlərini dağıdacaq sosial mediadan istifadəsini əngəlləmək üçün xüsusi proqramlardan istifadə etmək lazımdır.

4. Uşaqlarınızla danışın. Birlikdə süfrədə yemək yeyin.

Valideynlər uşaqları balaca olarkən onlarla tək başına söhbət etməyə vaxt ayırmırlar. Birlikdə süfrədə oturmaq isə akademik müvəffəqiyyətin artmasına və dil inkişafına kömək edir, alkol və maddə asılılığına qarşı qorunma təsiri göstərir.

NİLUFƏR