İran dini liderinin Ərdəbil üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi və Azərbaycan Prezidenti tərəfindən “əyalət mollası” adlandırılan Həsən Amili Azərbaycanla bağlı daha bir tədbir keçirir.
Tribunainfo.az xəbər verir ki, Amili bu dəfə “Dünya müsəlman azəriləri” adlı tədbirin anonsunu verib.
Qeyd edək ki, əyalət mollası özündə cəsarət taparaq, Azərbaycanlı deyil, məhz “azəri” terminindən istifadə edib. Halbuki azəri xalqı İranda yaşayan kiçik bir etnik qrupdur və onların Azərbaycanlılara heç bir aidiyyatı yoxdur. Azərilər əsasən zərdüştilik dinidə olan kiçik etnik qrupdur ki, onların bir qismi İranın Talış bölgəsində, bir qismi isə Əfqanıstanla sərhəddə yaşayırlar.
Xatırladaq ki, Həsən Amili bir müddət əvvəl də Səfəvilərlə bağlı tədbir keçirərək, orada Azərbaycan xalqını təhqir etdirmişdi. Bu dəfə hansı hoqqa verəcəyi isə maraqlıdır.