Əyalət mollası istefa verib?

Əyalət mollası istefa verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir müddət əvvəl Azərbaycan əleyhinə tədbir keçirən Ərdəbilin imam cüməsi Həsən Amilinin dünən istefa verdiyinə dair məlumat yayılıb. Tribunainfo.az xəbər verir ki, həmin məlumatlar sosial şəbəkələrin İran seqmentində gündəmə gəlib.
Məlumatda deyilir ki, Həsən Amilinin hərəkəti Bakı ilə Tehran arasında münasibətləri yenidən gərginləşdirib. Hətta bununla bağlı Azərbaycan tərəfi İrana nota da verib. Üstəlik, Amilinin vəzifəsindən qovulmasını tələb edib. Bunun ardından da İran rəsmiləri durumun daha da ağırlaşmaması üçün onun vəzifəsindən alınmasına qərar verib.
Qeyd edək ki, iki gün öncə Azərbaycan əleyhinə fəaliyyət göstərən, mütəmadi olaraq Azərbaycanı hədəfə alan Qəzvinin imam cüməsi Əbülkərim Abedi də istefa verib. Dünən onun yerinə təyinat belə olub.