“EXSPRESS BANK” MƏHKƏMƏ YOLUNU TUTUB – ÇARƏDİRMİ?

“EXSPRESS BANK” MƏHKƏMƏ YOLUNU TUTUB – ÇARƏDİRMİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Exspress bank” məhkəmə yolu ilə müştəridən borcunu almağa üstünlük verir. Tribunainfo.az-ın verdiyi xəbərə görə, iyulun 19-da Yasamal rayon Məhkəməsinin hakimi Vahid Hacıyevin sədrliyi ilə bankın vətəndaş Eyvazov Tamerlan Rauf oğlu barəsində qaldırdığı iddiaya baxılıb. Bankın məhkəməyə şikayətinə səbəb borca görə olan mübahisələrdir. Lakin istər “Exspress bank”, istərsə digərləri olsun, müştərilərə araşdırmamış, gəlirlərini dəqiqləşdirməmiş kredit ayırır, sonra borc alan ödəyə bilməyəndə məhkəmə yolu ilə pulu çıxarmağa başlayır. Bu da seçim deyil. Bank vətəndaşı incitməklə, məhkəmədə süründürməklə nəticə əldə edə bilməz. Bununla ciddi sosial narazılıq da yaradılır. Mərkəzi Bank və digər qurumlar kreditlərin verilməsi qaydalarına nəzarət etməlidir.

Tribunainfo.az