“EXPRESSBANK” MƏHKƏMƏ QAPILARINDAN ƏL ÇƏKMİR

“EXPRESSBANK” MƏHKƏMƏ QAPILARINDAN ƏL ÇƏKMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron rayon Məhkəməsində hakim Məlahət Abbasovanın sədrliyi ilə “Expressbank”ın iddiasına baxılıb. Tribunainfo.az yazır ki, noyabrın 15-də keçirilmiş prosesdə bankın müştərisi İsmayılzadə Nurlan Urfan oğlu ilə bağlı şikayətin iclası olub. Bank kredit müqaviləsi ilə bağlı vətəndaşı məhkəməyə verib.

Çox qəribədir ki, bankların müştəriləri məhkəmələrə verməsi adi hal alıb. Hazırda minlərlə belə iş var. Amma Mərkəzi Bank və digər qurumlar bankların vətəndaşlara kredit ayırması ilə bağlı məsələləri araşdırmır. Banklar da kredit verərkən müştərinin gəlirlərini nəzərə almırlar və kor-koranə şəkildə kredit paylayırlar. Nəticədə isə vəziyyət bu yerə gəlib çıxır.