“ExpressBank”ın kapitalı azalıb – HESABAT

“ExpressBank”ın kapitalı azalıb – HESABAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“ExpressBank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 393 min manat və ya 3.16 faiz azalaraq 12 milyon 15 min manata enib.Kommersant.az xəbər verir ki, “ExpressBank”ın aktivlər cəmi 2022-ci ilin son rübü ilə müqayisədə 28.21 faiz artaraq 560 milyon 228 min manata yüksəlib. Bu artımda əsas pay bankın müştərilərinə verdiyi kreditlərin artması olub. 1 il ərzində artan cəmi aktivlərdə kredit portfelinin payı 90.99 faiz olub.

İstehlak kreditləri 38 milyon 993 min manat artaraq 198 milyon 362 min manata, biznes kreditləri 17 milyon 548 min manata artaraq 113 milyon 393 min manata, ipoteka kreditləri isə 64 milyon 628 min manat artaraq 106 milyon 498 min manata yüksəlib. Nəticədə bankın müştərilərinə verdiyi kreditlərin həcmi 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 37.75 faiz və ya 112 milyon 169 min manat artaraq 409 milyon 253 min manata çatıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 457 min manat azaltdığı üçün “ExpressBank”ın xalis kreditləri 404 milyon 254 min manat təşkil edib ki, bu da 2022-ci ilin yekunu ilə müqayisədə 112 milyon 626 min manat çoxdur.

“ExpressBank”ın hüquqi şəxslərdən topladığı əmanətlərin artması bankın depozit portfelinə müsbət təsir göstərib.

Bankın fiziki şəxslərə verdiyi əmanətlər 897 min manat artaraq 152 milyon 135 min manat,

ExpressBank 2023 (IV Rüb) 2022 (IV Rüb) Fərq
Cəmi Aktivlər 560.228 436.956 123.272
Kredit 409.253 297.084 112.169
İstehlak kreditləri 198.362 159.369 38.993
Biznes kreditləri 113.393 95.845 17.548
Daşınmaz əmlak kreditləri 106.498 41.870 64.628
Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat 4.999 5.456 -457
Xalis Kreditlər 404.254 291.628 112.626
Cəmi Öhdəliklər 430.320 307.821 122.499
Depozit 230.411 193.107 37.304
Fiziki şəxslərin depozitləri 152.135 151.238 897
Hüquqi şəxslərin depozitləri 78.276 41.870 36.406
Cəmi Kapital 129.908 129.135 773
Səhmdar kapitalı 112.545 112.545 0
Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)
Bölüşdürülməmiş mənfəət 12.015 12.409 -394
Ümumi ehtiyatlar 5.348 4.181 1.167

“ExpressBank”ın faiz gəliri 2022-ci ilin son rübü ilə müqayisədə 9 milyon 413 min manat artaraq 57 milyon 670 min manata, faiz xərcləri isə 5 milyon 214 min manat artaraq 15 milyon 516 min manata yüksəlib. Buna görə də bankın xalis faiz gəliri 4 milyon 199 min manat artaraq 42 milyon 154 min manata bərabərləşib.

Qeyri-faiz gəliri 521 min manat artaraq 18 milyon 960 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 190 min manat artaraq 42 milyon 571 min manata yüksəlib. Nəticədə “ExpressBank” 18 milyon 543 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 2 milyon 530 min manat çoxdur.

Bankın əldə etdiyi xalis mənfəət 3.16 faiz və ya 393 min manat azalaraq 12 milyon 15 min manata düşüb.

Qeyd edək ki, “ExpressBank”ın məcmu kapitalı 5 milyon 35 min manat əriyərək 127 milyon 825 min manata düşüb.

ExpressBank 2023 (IV Rüb) 2022 (IV Rüb) Fərq
Faiz Gəliri 57.670 48.257 9.413
Faiz Xərci 15.516 10.302 5.214
Xalis Faiz Gəliri/Zərəri 42.154 37.955 4.199
Qeyri-Faiz Gəliri 18.960 18.439 521
Qeyri-Faiz Xərci 42.571 40.381 2.190
Əməliyyat Mənfəəti (Zərəri) 18.543 16.013 2.530
Xalis Mənfəət (Zərər) 12.015 12.408 -393
Məcmu Kapital 127.825 132.860 -5.035