“Expressbank” ASC məhkəməlik olub.
32gun.az xəbər verir ki, bank barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə (Ictimai Qayda, Ictimai Təhlükəsizlik Və Ictimai Mənəviyyat Əleyhinə Olan Inzibati Xətalar) protokol tərtib edilib.
Hazırlanmış protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə təqdim edilib.
Məhkəmə işi hakim Babək Pənahovun icraatına verilib.
Bildirək ki, nizamnamə kapitalı 112544834.64 AZN olan “Expressbank” ASC-nin idarə heyətinin sədri Mehman Məmmədovdur.