“Expressbank” mədəni sərvətlərin sökülməsinə və məhvinə yol verdiyinə görə cərimələnib.
Tribunainfo.az xəbər verir ki, sözügedən bank İnzibati Xətalar Məcəlləsinin mülkiyyət əleyhinə olan 231.2-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmadan sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə görə fiziki şəxslər min beş yüz manat məbləğində, vəzifəli şəxslər üç min manat məbləğində, hüquqi şəxslər on min manat məbləğində cərimə edilir.
Bankla bağlı iş baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. 5 iyul tarixində hakim Solmaz Mustafayevanın sədrliyi ilə işə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Roman