“Express Bank”ın maliyyə institutlarına borcları 90 milyon manata yaxın artıb

“Express Bank”ın maliyyə institutlarına borcları 90 milyon manata yaxın artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Express Bank” ASC-nin kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliyi 154 milyon 432 min manat olub.

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, bu, 2022-ci illə müqayisədə 86 milyon 959 min manat, yaxud da 2,2 dəfə çoxdur.

2022-ci ildə “Express Bank” ASC-nin kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliyinin məbləği 67 milyon 473 min manat olub.

Bununla yanaşı, “Express Bank” ASC-nin Mərkəzi Bank və digər dövlət fondları qarşısında öhdəliyinin məbləği 1 milyon 192 min manat olub. Bu, 2022-ci illə müqayisədə 1 milyon 192 min manat, yaxud da 50% azdır.

 

Xatırladaq ki, “Express Bank” ASC 2023-cü ildə 12 milyon 015 min manat xalis mənfəət əldə edib. Bankın əldə etdiyi xalis mənfəət 2022-ci illə müqayisədə 3,1% azdır.

Hesabat dövründə “Express Bank” ASC-nin aktivləri 560 milyon 228 min manat olub. Bu isə illik müqayisədə 28,2% çoxdur.

“Express Bank” ASC-nin öhdəlikləri isə 430 milyon 320 min manat olub, bu, illik müqayisədə 39,7% çoxdur.