“Express Bank”ın digər maliyyə institutlarında depozitlərinin həcmi 18 milyon manat azalıbbackend

“Express Bank”ın digər maliyyə institutlarında depozitlərinin həcmi 18 milyon manat azalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Express Bank”ın 2024-cü ilin birinci rübündə banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi 13 milyon 518 min manat təşkil edib.

Valyuta.az banka istinadən xəbər verir ki, bu, 2023-cü ilin sonu ilə müqayisədə 2,3 dəfə, yaxud da 18 milyon 380 min manat azdır.

Belə ki, 2023-cü ilin sonunda “Express Bank”ın banklar və digər maliyyə institutlarındakı depozitlərinin həcmi 31 milyon 898 min manat olub.

Qeyd edək ki, “Express Bank”ın 2024-cü ilin  yanvar-mart aylarında aktivlərinin həcmi 531 milyon 812 min manat olub.