Türkiyənin sevilən və hazırda dünyada da məşhurlaşan “Emmi” mükafatlı aktyor Haluk Bilginer Türk serialları və filmlərinin dünyada çox böyük marağa səbəb olduğunu bildirib.
Tribunainfo.az yazır ki, aktyor bildirib ki, hətta okeanın o tayında, Braziliyada belə Türk seriallarına maraq həddən artıq böyükdür:
“Əvvəllər biz Braziliya seriallarını həvəslə izləyərdik. İndi onlar bizi izləyir. Bu bizim üçün böyük bir uğurdur”.