Evsizlərə narkotik verək! – QALMAQAL

Evsizlərə narkotik verək! – QALMAQAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Kaliforniya ştatında yerləşən Lankaster şəhərinin meri Reks Perris şəhərdəki evsizlərdən “xilas olmaq” üçün onlara istədikləri qədər narkotik maddə – fentanil verilməsini təklif edib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

“Mənim etmək istədiyim budur: onlara pulsuz fentanil verək. Mən istəyirəm ki, istədikləri qədər fentanil alsınlar… Açığı, prezidentin bizim üçün bir “təmizləmə” planı təşkil etməsini istərdim. Çünki bu insanlardan doğrudan da qurtulmaq lazımdır”, – deyə mer bildirib.

O əlavə edib ki, şəhərdəki evsizlərin təxminən yarısı əvvəllər məhkum olunmuş şəxslərdir və baş verən cinayətlərin əksəriyyətini məhz bu şəxslər törədir.

Musavat.com