“Yapı Kredi Bank Azərbaycan” QSC “Evrostroy-S.S” MMC və “Zaman-İ” MTK-nı məhkəməyə verib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Yapı Kredit Bank Azərbaycan” ona dəymiş maddi ziyanın ödənilməsini tələb edir.
İşin mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr. Maddi ziyanın ödənilməsi tələb edilir.
İşə 23 yanvar tarixində Bakı Kommersiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə baxılacaq.