“Evrascon”un işi Ali Məhkəmədə…

“Evrascon”un işi Ali Məhkəmədə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmə “Avro-Asiya İnşaat Korporasiyası Evrascon” ASC barədə iddiaya baxıb. Tribunainfo.az bildirir ki, iddiaçı Hüseynov Rəssam Cəlil oğludur. İşin mahiyyəti əmək mübahisələridir. İspəndiyar Şəfiyev işə sədrlik edib. Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” ASC-nin Direktorlar Şurasının Sədri Ismiyev İsmayıl – Əfəndi Hacımuradoviçdir.
Azərbaycanın nəhəng tikinti şirkətlərindən biri olan Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC 2013-cü ilə kimi “Azərkörpü” adı ilə fəaliyyət göstərib. “Azərkörpü” ASC isə 2001-ci ildən əvvəl dövlətə məxsus olub və özəlləşdirilib.
Qeyd edək ki, açıqlanan məlumatlara görə Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-nin əsas səhmdarlarından (12%-dən çox paya sahib) biri Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Şərifova Sədayə Yaqub qızı olub.

Həsən