Reproduktiv sağlamlıq (nəsilartırma qabiliyyəti) və psixi sağlamlıq – hər ikisi ailə qurmamışdan əvvəl yoxlanılmalıdır.
Tribunainfo.az xəbər verir ki, belə təkliflə həkim Vaqif Qarayev çıxış edib. O bildirib ki, bizdə toydan cəmi bir ay sonra tökülüşürlər klinikalara ki, gəlin hamilə qalmır. Bütün günahları da gəlində görürlər.:
“Bu qətiyyən düzgün deyil! İndi kişi sonsuzluğu sürətlə artır. Müayinə olunmaq elə də çətin deyil. Sonrakı peşmançılıq fayda verməyəcək! Ailə dağılacaq, nəsillərarası konflikt qaçılmaz olacaq!
Psixi sağlamlığa gəldikdə. Bu olduqca qəliz məsələdir bizdə. Evlilikdən əvvəl gənclərin xüsusilə psixi sağlamlığını yoxlamaq vacibdir”.
Gülşən Rəsul