Braziliyada qeyri-adi hadisə yaşanıb.
Braziliyada 22 yaşlı Bianca Larissa Vieira Caldeira adlı qadın 6 illik sevgilisi Junio Pereira Barbosa-nın son anda evlilikdən imtina etməsi üzərinə qisas almaq üçün dəhşətli bir plan həyata keçirib. Cütlük arasındakı mübahisə nəticəsində toyun ləğv edildiyi gün Bianca sevgilisinin pizzasına zəhər əlavə edib. Zəhərlənən Junio ertəsi gün Bianca tərəfindən boğularaq öldürülüb.
Qətldən sonra Bianca cəsədi örtüb və sevgilisinin maşını ilə başqa bir məhəlləyə gedib. Cəsədi basdırmağa çalışsa da, bu cəhd uğursuz olub və maşını yandıraraq dəlilləri məhv etməyə çalışıb.
Qadın saxlanılıb.
Hadisə ilə bağlı araşdırmalar davam edir.
/Milli.Az/