Dünyada artan inflyasiya və iqtisadi dalğalanmalar bir çox məhsul və xidmətlərin qiymət artımlarında əks olunmağa davam edərkən, bu dəfə qiymət artımı xəbəri ən çox gəncləri məhv etdi. Bələdiyyələr toy haqlarını artırdılar.
Tribunainfo.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Türkiyədə evlənməyə hazırlaşmağa başlayan cütlüklər proses zamanı maddi sıxıntı yaşasa da, toy etmək ənənəsi sadə toyla əvəzlənib.
Lakin gənclərin “sadə toy” xəyalı da bahalaşma ilə puça çıxıb.
Xüsusilə İstanbulun məşhur rayonlarında toy haqları artıb və bu artım evlənmək arzusunda olan gənclər üçün daha bir xərc yaradır. Bir çox bələdiyyələr yeni ildən toy haqlarını artırmaq qərarına gəliblər.
İstanbulda şadlıq evlərinin haqlarının artması ailə həyatı qurmağı düşünən cütlükləri narahat edir.
Xüsusilə İstanbulun mərkəzi bölgələrində evlənmək istəyənlər yüksək qiymətlər ödəməli olurlar.
Ceyran