Türkiyənin Sakarya vilayətində 30 yaşlı Kadir Taşkın mübahisə zəminində anası Behiye Taşkını ov tüfəngi ilə vuraraq öldürüb.
Tribunainfo.az xəbər verir ki, dəhşətli hadisə dünən axşam saatlarında baş verib.
Kadir Taşkın anası Behiye Taşkını ov tüfəngi ilə vurduqdan sonra evi tərk edib. Kadir Taşkın daha sonra Janndarma tərəfindən yaxalanıb. K.Taşkın jandarmaya anasını öldürdüyünü etiraf edib.
Kadir Taşkının dünən günorta saatlarında atası evdən çıxarkən anası ilə işsiz qalması və evlənmək üstündə mübahisə etdiyi öyrənilib. Davam edən mübahisə zamanı Kadir Taşkının anasını ov tüfəngi ilə vurduğu bildirilib. Saxlanılan Kadir Taşkının jandarmada dindirilməsi davam edir.