“Qum təpələrindəki qadın” kimi tanınan Rut Mari Terrinin cinayət işi, qadının əri Qay Maldavinin onu 1974-cü ildə öldürdüyünü aşkarlaması ilə rəsmi olaraq bağlanıb.
Tribunainfo.az xəbər verir ki, Terrinin cəsədi 26 iyul 1974-cü ildə Provinstaunda qum təpələrində tapılmışdı. Qadının kəllə sümüyünə küt qüvvə ilə aldığı travmadan öldüyü bildirilirdi. Müstəntiqlər 2021-ci ildə DNT testi keçirilməyənə qədər Terrinin şəxsiyyətini müəyyən edə bilmirdilər. Belə ki, Terrinin qətli zamanı törədilən zorakılıq halları hakimiyyət orqanlarının onun şəxsiyyətini müəyyən etməyə mane olurdu.
Qatil barmaq izlərini gizlətmək üçün Terrinin əllərini kəsib və başını əzib. Cəsəd tapıldıqda baş bədəndən ayrılmaq üzərə olub. Cinayətkar Maldavin isə 2002-ci ildə vəfat edib. Terrinin qalıqları müəyyən edildikdən sonra Massaçusets ştatının polisi araşdırmaları öz üzərinə götürüb. Əməliyyatçılar Terri və Maldavinin 1973 və ya 1974-cü ildə evləndiklərini və 1974-cü ilin yayında bal ayı üçün səyahətə çıxdıqlarını öyrəniblər. Terrinin ailəsinin sözlərinə görə, onlar bal ayı zamanı dava ediblər və bundan sonra qadından bir daha xəbər almayıblar. Qatil, 1960-cı ildə Sietldə əvvəlki həyat yoldaşının və ögey qızının ölümündə də şübhəli bilinib.