backend

“Evləndikdən sonra mənimlə görüşmək istədi”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şou-məkan” proqramının növbəti qonağı Rəhim Rəhimli olub. 

“Şou-məkan” proqramının növbəti qonağı Rəhim Rəhimli olub.

TİA.AZ xəbər verir ki, müğənni şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.

Rəhim Rəhimli Türkiyədə yaşayarkən sevgi münasibətində olduğu xanıma evlilik təklifi etdiyini söyləyib:

“O zaman Türkiyədə yaşadığım illər idi. Türk bir xanım idi. Tanış olduq, münasibətimiz yarandı və həmin vaxt mən evlilik təklifi etmişdim. Razılıq da olmuşdu. Ancaq bir müddət keçdikdən sonra bizim bir-birimiz üçün yaranmadığımız bəlli oldu və ayrıldıq. Bu, 2002-ci ilə təsadüf edir”.

Rəhim keçmiş sevgilisinin onunla yenidən görüşmək istədiyini bildirib:

“Bu, mənim özəlimdir. Yaşanıb və bitib. Bunun təkrar xatırlanması məni kövrəldər, incidər. Ötən müddət ərzində onu görməmişəm. Yalnız telefon bağlantısı olub. Bizim bir ortaq tanışımız var idi. Bir gün həmin tanışıma mesaj gəldi. Dedi ki, bu mesajı səninlə də bölüşmək istəyirəm.

Soruşdum ki, nədir? Dedi xatırlayırsanmı? Bəlli oldu ki, həmin xanımdı. Dedi ki, onun övladı olub. Dedim ki, telefonunu ver, söhbət edim. Bizim o zaman telefon bağlantımız oldu. Mən onu təbrik etdim. Dedi ki, bir gün görüşək. Mən istəmədim. O artıq ailəlidir, övladı var”.